Erməni əsgərlərin qiyamı ilə bağlı yeni təfərrüatlar üzə çıxıb

A- A A+

Ermənistanın Mehridə yerləşən hərbi hissəsində bir neçə gün əvvəl baş vermiş qiyamın yeni təfərrüatları üzə çıxıb.

NUHÇIXAN erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, belə ki, Mehri alayında müəyyən üstünlüyə malik bir qrup əsgər öz qaydalarını tətbiq etməyə cəhd göstəriblər. Zabitlər nizam-intizamı bərpa etməyə qərar verəndə isə alay bir neçə əsgərin çağırışına uyğun olaraq hərbi hissənin ərazisini tərk edib və küçələrə çıxıb.

Şahidlər əsgərlərin narkotik qəbul etdiyini də deyir.

Həmin hərbi qulluqçular cəzalandırılıb, bir qismi isə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə göndərilib.

Əsgər anaları isə bundan narahat olaraq Yerevanda etiraz aksiyası keçirib və övladlarının hansı səbəbdən Dağlıq Qarabağa göndərilməsi ilə bağlı izahat tələb ediblər.

Ötən gün Dağlıq Qarabağda erməni hərbi qulluqçunun əsgər yoldaşını güllələyərək öldürməsi faktı da Ermənistanda ordusunda özbaşınalığın, dözülməz, idarəolunmaz bir vəziyyətin baş alıb getdiyini göstərir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: