“Vladimir Putinlə ilin yekunları” proqramında Rusiya Prezidenti görülən tədbirlərə baxmayaraq, ölkədə fırıldaqçılığın ciddi problem olaraq qaldığını bildirib.
NUHÇIXAN xəbər verir ki, o, fırıldaqçılara qarşı mübarizənin nəticə verdiyini qeyd edib. Lakin Rusiya Prezidenti problemin tamamilə aradan qalxmadığını vurğulayıb. “Fırıldaqçılıq heç yerə getməyib”, - deyə o bildirib.
Vladimir Putin, həmçinin vətəndaşlara cinayətkarların hiylələrinin qurbanı olmamaq üçün məsləhətlər verib: “Pul və ya əmlak haqqında danışmağa başlayan kimi dərhal dəstəyi asın. Bu barədə bir kəlmə belə danışmaq lazım deyil”.
