Türkiyənin müdafiə sənayesi üzrə ixrac həcmi 8,6 milyard dollara çatıb. Ölkənin “ASELSAN” şirkəti isə Avropada 400 milyon dollar dəyərində elektron hərbi layihə üzrə müqavilə imzalayıb.
NUHÇIXAN xəbər verir ki, bunu Türkiyə Respublikasının Prezident Administrasiyasının Müdafiə Sənayesi Baş İdarəsinin sədri Haluk Görgün açıqlayıb.
O, qarşıdan gələn həftə Türkiyənin başqa bir şirkəti ilə Avropa ölkəsi arasında imzalanacaq daha böyük bir müqavilənin ictimaiyyətə təqdim ediləcəyini də deyib.
Son dövrlərdə bu sektor üzrə müsbət inkişaf proseslərinin baş verdiyini vurğulayan Haluk Görgün Türkiyənin inkişaf etdirdiyi texnologiyalarla 185 ölkəyə müdafiə sənayesi məhsulları ixrac etdiyini deyib. “Müdafiə sənayesi ixracı həyata keçirən ölkələr arasında əldə etdiyimiz göstəricilərlə ilk onluğa daxil olmağa çox yaxınıq. Hazırda ilk 11-dəyik”, - deyə o diqqətə çatdırıb.
