Türkiyənin Diyarbəkir vilayətinin Yenişehir rayonunda xidmət göstərən polis əməkdaşlarına silahla atəş açan 4 nəfər saxlanılıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Sözügedən rayonunun Şehitlik məhəlləsində şübhəli şəxslər polis əməkdaşlarına atəş açıb. Hadisə zamanı yaralanan olmayıb. Hadisə yerinə polis qüvvələri cəlb edilib və əməli törətməkdə şübhəli bilinən 4 nəfər saxlanılıb.
Şübhəlilərdən birinin həbs cəzası olsa da, indiyədək cəzadan yayındığı qeyd edilib.
Faktla bağlı araşdırma aparılır.
