ABŞ çinli tədqiqatçını bağırsaq çöpü qaçaqmalçılığında ittiham edib

A- A A+

ABŞ Çin Xalq Respublikasından olan bir tədqiqatçını ölkəyə bağırsaq çöplərini (E.Coli) gətirməkdə ittiham edib.

NUHÇIXAN-ın məlumatına görə, bu barədə Federal Təhqiqatlar Bürosunun direktoru Keş Patel "X" sosial şəbəkəsində paylaşım edib.

"Çindən J-1 vizası ilə gəlmiş elmi əməkdaş Yuxuan Syan ABŞ-yə bağırsaq çöplərini (E.Coli) qaçaqmalçılıq yolu ilə gətirməkdə və bu barədə yalan məlumat verməkdə ittiham olunub", – deyə o yazıb.

Onun sözlərinə görə, tədqiqatçı Amerika qanunlarını pozaraq Çindən göndərilən bağlamada gizlədilmiş bioloji materialları əldə etməyə çalışıb. Patel qeyd edib ki, bağırsaq çöpləri ABŞ-də məhsullara ciddi zərər vura və ölkə iqtisadiyyatına böyük maliyyə itkiləri gətirə bilər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: