İranda İsrailə casusluqda təqsirli bilinərək barəsində ölüm hökmü çıxarılmış Aqil Keşavars İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən və bütün hüquqi prosedurlar tamamlandıqdan sonra edam olunub.
NUHÇIXAN xəbər verir ki, bu barədə "Mehr" Xəbər Agentliyi məhkəmə orqanlarına istinadən məlumat paylaşıb.
Bildirilib ki, 27 yaşlı Keşavars İsrailin xeyrinə casusluqda, Təl-Əviv ilə kəşfiyyat əməkdaşlığını davam etdirməkdə, həmçinin İran daxilindəki hərbi və təhlükəsizlik obyektlərini müşahidə edib çəkiliş aparmaqda təqsirli bilinirdi.
Məhkəmə sənədlərində qeyd olunub ki, Keşavars kiberməkan vasitəsilə İsrailin kəşfiyyat və təhlükəsizlik xidmətləri ilə əlaqə qurub.
