Yaponiya milli süni intellekt modelinin hazırlanmasına 19 milyard dollar xərcləyəcək

A- A A+

Yaponiya hökuməti özəl sektorla birlikdə milli süni intellekt modelini yaratmaq üçün təxminən 3 trilyon yen (təxminən 19 milyard dollar) xərcləmək niyyətindədir.

NUHÇIXAN xəbər verir ki, bu barədə “Yomiuri” qəzeti məluma yayıb.

Birgə inkişafda “SoftBank” kimi nəhənglər də daxil olmaqla 10-dan çox yerli şirkət iştirak edəcək. Nəşrin məlumatına görə, hökumət xərclərin təxminən üçdə birini ödəmək, qalan hissəsini isə özəl firmalar tərəfindən investisiya yatırmaq niyyətindədir.

Yaponiyanın öz süni intellektinin inkişafına 2026-cı ildə başlanılması gözlənilir. Buraya qabaqcıl məlumat mərkəzlərinin tikintisi də daxil olacaq. Bu süni intellekt modelinin yerli istehsal robototexnikasında da istifadə edilməsi gözlənilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: