Moldova Ukrayna ilə sərhəd keçid məntəqələrinin sayını artırır.
NUHÇIXAN-ın Şərqi Avropa bürosunun məlumatına görə, bununla bağlı iki ölkənin hökumətlərarası komissiyasının iclasında razılığa gəlinib.
Yeni açılacaq 3 sərhəd keçid məntəqəsi əsasən yük və sərnişin daşıma avtomobilləri üçün nəzərdə tutulur.
Hazırda isə Moldovanın Ukrayna ilə 7 sərhəd keçid məntəqəsi var.
Qeyd edək ki, Ukraynada müharibə səbəbindən ölkənin hava məkanı yük və sərnişinlərin daşıması üçün bağlıdır. Bu səbəbdən də Ukraynadan başqa ölkələrə daşımalarda ağırlıq qonşu ölkə Moldovanın üzərinə düşür. Azərbaycandan Ukraynaya gedənlər də əsasən Moldova ərazisindən istifadə edirlər.
