Yaponiyanın H3 daşıyıcı raketi naviqasiya peykini otbitə çıxara bilməyib

A- A A+

Yaponiyanın H3 raketi buraxılışdan qısa müddət sonra ikinci mühərrikin vaxtından əvvəl dayanması səbəbbindən daşıdığı "Michibiki 5" naviqasiya peykini orbitə çatdıra bilməyib.

NUHÇIXAN xəbər verir ki, Yaponiyanın Elm Nazirliyi açıqlama yayaraq, Kosmos Agentliyinin məsələni araşdırdığını bildirib. Raketin buraxılışı Kaqoşima prefekturasındakı Taneqaşima kosmodromunda baş tutub. “Quasi-Zenith” peyk sistemi Yaponiya ərazisinin demək olar ki, 100 faizini əhatə etməklə, smartfonlar və avtomobil naviqasiyası üçün vacib olan yüksək dəqiqlikli yer xidmətləri göstərəcək.

Qeyd edək ki, "Michibiki 5" naviqasiya peykini orbitə aparmalı olan raketin buraxılışı ilk olaraq dekabrın 7-nə planalaşdırılsa da, sonradan dekabrın 17-nə keçirilib. Amma sistemlərin nasazlığı səbəbindən buraxılış son anda yenidən təxirə salınmışdı. Yaponiya 4 peykdən ibarət geolokasiya sistemini 2018-ci ildən işə salıb. Kosmos Agentliyi sistemin əhatə dairəsini genişləndirmək üçün orbitdəki peyklərin sayını 11-ə çatdırmağı planlaşdırıb. Sistemin 5-ci peyki olan "Michibiki 6" fevralda orbitə çıxarılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: