Ukraynanın keçmiş xalq deputatı, hazırda "Ukrzaliznıtsya" dövlət şirkətinin Müşahidə Şurasının üzvü Sergey Leşenko Prezident Ofisinin rəhbərinin müşaviri vəzifəsindən azad edilib.
NUHÇIXAN xəbər verir ki, bu barədə "Ukrainskix Novin" nəşri məlumat yayıb.
Qeyd olunub ki, Prezident Ofisinin rəhbəri Andrey Yermakın istefasından sonra onun bütün müşavirləri və köməkçiləri də tutduqları vəzifələrdən azad ediliblər.
