Kamboca Tailand qüvvələrinə qarşı sərhədyanı zonada hərbi əməliyyatları aktivləşdirib, ağır artilleriya və BM-21 reaktiv yaylım atəş sistemlərindən istifadə edir.
NUHÇIXAN-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə Tailandın İkinci Ordu komandanlığı məlumat verib.
Onların məlumatına görə, Tailand-Kamboca sərhədi boyunca artilleriya və qumbaraatanlardan istifadə edilməklə şiddətli döyüşlər gedir. Tailand ordusu düşməni dayandırmaq üçün əks-hücumlar həyata keçirir və öz mövqelərini uğurla qoruyur. Kamboca qoşunlarına qarşı kamikadze dronlarından istifadə olunur.
Bu zaman Kamboca qoşunları bəzi istiqamətlərdə tanklar yerləşdirib, lakin Tailand qüvvələrinin zərbələri səbəbindən irəliləyə bilməyiblər.
Xatırladaq ki, Tailand və Kamboca sərhədində toqquşmalar 7 dekabrda yenidən alovlanıb.
