İngiltərədə kanal çöküb, 10-dan çox insan xilas edilib

A- A A+

Böyük Britaniyanın Şropşir qraflığında yerləşən Şropşir Union Kanalında iri ölçülü çökəklik yaranıb və orada qalan 10-dan çox insan xilas edilib.

NUHÇIXAN “The Independent”ə istinadla xəbər verir ki, kanalda baş verən ciddi yarılma ilə əlaqədar bazar ertəsi səhər saatlarında fövqəladə vəziyyət elan edib. Xidmətin məlumatına görə, uzunluğu və eni təxminən 50 metr olan çökəklik nəticəsində üç dar kanal gəmisi hərəkətsiz vəziyyətdə qalıb. Bildirilib ki, xilasetmə qrupları qeyri-sabit torpaq və ətrafa sürətlə yayılan su səbəbindən çətin şəraitdə çalışıblar. Rəsmi açıqlamada bildirilib ki, əməkdaşlar çökəklik zonasında qalan 10-dan çox şəxsi təhlükəsiz şəkildə xilas etməyə müvəffəq olublar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: