Nikol Paşinyan: Regionumuzda çox müsbət və vacib irəliləyişlər baş verir

A- A A+

Həm Avrasiya İqtisadi İttifaqı, həm də MDB dövlət və hökumət başçılarının qeyri-rəsmi görüşləri çərçivəsində birlikdə iki çox gərgin gün keçirdik.

NUHÇIXAN Ermənistan mətbuatına istinadla xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan dekabrın 22-də Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putinlə görüşündə bildirib.

Onun sözlərinə görə, regionumuzda çox vacib və xoşbəxtlikdən müsbət irəliləyişlər baş verir.

“Vaşinqtonda avqustun 8-də əldə edilən sülh Ermənistan və Rusiya arasında ikitərəfli münasibətlərin daha da inkişafı üçün yeni imkanlar açır. Bu, artıq baş verib, çünki qatarlar artıq Rusiyadan Ermənistana Azərbaycan vasitəsilə tranzit hərəkət edir”, - deyə Paşinyan qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: