Dövlət Departamenti Danimarkaya 951 milyon dollarlıq raket satışını təsdiqləyib

A- A A+

ABŞ Dövlət Departamenti Danimarkaya ümumi dəyəri 951 milyon dollar olan “hava-hava” raketlərinin potensial satışını təsdiqləyib.

NUHÇIXAN xəbər verir ki, bu barədə hökumətlərarası sazişlər çərçivəsində xarici ölkələrə hərbi texnika və silah satışına cavabdeh olan Pentaqonun Müdafiə və Təhlükəsizlik Əməkdaşlıq Agentliyi məlumat yayıb.

Bəyanata əsasən, Danimarka hakimiyyəti ABŞ-dan 236 ədəd AMRAAM-ER raketi və əlaqəli avadanlığın alınması ilə bağlı müraciət edib. Sənəddə vurğulanır ki, təklif olunan satış NATO müttəfiqinin təhlükəsizliyini gücləndirməklə ABŞ-ın xarici siyasət və milli təhlükəsizlik məqsədlərinə uyğun olacaq.

ABŞ administrasiyası artıq Konqresi adıçəkilən raketlərin potensial satışı ilə bağlı qərar barədə məlumatlandırıb. Qanunverici orqanın mümkün müqaviləni nəzərdən keçirmək və onu təsdiqləmək və ya bloklamaq üçün 30 gün vaxtı var.

Qeyd edək ki, bu ayın əvvəlində Dövlət Departamenti Danimarkaya 730 milyon dollar dəyərində AIM-120C-8 orta mənzilli “hava-hava” raketlərinin, həmçinin 3 milyard dollar məbləğində İnteqrasiya olunmuş Döyüş Komandanlıq Sistemi üzrə hava və raketdən müdafiə döyüş idarəetmə sistemi və əlaqəli logistikanın potensial satışını da təsdiqləmişdi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: