ABŞ Prezidenti Donald Tramp "The New York Times" (NYT) qəzetini Birləşmiş Ştatların milli təhlükəsizliyinə təhdid adlandırıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə o, "Truth Social" səhifəsində yazıb.
"NYT-nin yalanları və faktları qəsdən təhrif etməsi ölkəmizin milli təhlükəsizliyinə ciddi təhdid yaradır. Onların radikal solçu fikirləri, qeyri-sabit hərəkətləri və sonsuz saxta məqalələri ilə mübarizə aparmalıyıq. Onları dayandırmalıyıq", - deyə D.Tramp yazıb və qəzetin əməkdaşlarının "xalqın düşməni" olduğunu qeyd edib.
