Moskvada partlayış: 2 polis həlak olub, 2-si yaralanıb

A- A A+

Dekabrın 23-dən 24-nə keçən gecə Rusiyanın paytaxtı Moskva şəhərinin cənubundakı Orexovo-Borisovo rayonundakı Yeletskaya küçəsindəki polis bölməsinin yaxınlığında ölümlə nəticələnən partlayış baş verib.

NUHÇIXAN xəbər verir ki, yol-patrul xidməti avtomobilində əldəqayırma partlayıcı qurğu partlayıb.

İlkin məlumatlara görə, həmin qurğu sərnişin oturacağı tərəfdən avtomobilin altında yerləşdirilib. Partlayış nəticəsində 2 polis əməkdaşı həlak olub, daha 2-si ağır yaralanıb, onlar xəstəxanaya yerləşdiriliblər.

Rusiya İstintaq Komitəsi hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı sui-qəsd cəhdi ilə bağlı cinayət işi açıb. Hadisə ilə əlaqədar şübhəlilərin axtarışı aparılır, kamera görüntüləri araşdırılır və şahidlər dindirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: