Cənubi Koreya Prezidentinin administrasiyası əvvəlki ünvanına qayıdıb

A- A A+

Cənubi Koreyada iyunda prezident seçilən Li Cemyön sələfi Yun Sok Yolun qərarı ilə 2022-ci ildə Müdafiə Nazirliyinin yerləşdiyi kompleksə köçürülmüş prezident administrasiyasını yenidən əvvəlki yerinə - “Mavi saray”a (Cheong Wa Dae) qaytarıb.

NUHÇIXAN xəbər verir ki, dekabrın 29-da prezident administrasiyası rəsmən yenidən “Mavi saray” adlandırılacaq. Hazırda sarayın bəzi komplekslərində təmir və yeniləmə işləri aparılır. Buna səbəb əvvəlki prezidentin dövründə “Mavi saray”ın ictimaiyyətin ziyarəti üçün açıq olmasıdır.

Tarixi “Mavi saray” əsas bina, ofis binası, qonaq evi və mətbuat mərkəzi üçün nəzərdə tutulan tikilidən ibarətdir. Bundan başqa, prezidentin yaşaması üçün ərazidə iqamətgah da var. Əsas bina rəsmi görüşlər və qəbullar üçü nəzərdə tutulub. Dövlət başçısı, onun 3 köməkçisi və digər heyətin iş otaqları ofis binasındadır. Artıq mətbuat mərkəzində jurnalistlər üçün ilk brifinq keçirilib. İqamətgahın yenilənməsi isə gələn ilin əvvəlində başa çatacaq.

Qeyd edək ki, sabiq prezident Yun Suk-yol “Mavi saray”ın imperiya rəmzlərini xatırlatmasını əsas götürərək, 2022-ci ildə prezident administrasiyasını Müdafiə Nazirliyinin yerləşdiyi kompleksə köçürmüşdü. “Mavi saray” Çoson sülaləsinin (1392-1897-ci illər) imperiya bağında inşa edilib. Ötən əsrin 60-ci illərindən etibarən prezident administrasiyası sarayda yerləşir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: