Kim Çen In Cənubi Koreyanın nüvə sualtı qayığı tikmək planını təhlükə adlandırıb

A- A A+

Şimali Koreya lideri Kim Çen In Koreya Respublikasının nüvə enerjisi ilə işləyən sualtı qayıq tikmək təşəbbüsünün Koreya yarımadasında qeyri-sabitliyə səbəb olacağını bildirib.

NUHÇIXAN xəbər verir ki, onun sözlərini Koreya Mərkəzi Xəbər Agentliyi sitat gətirib.

Agentliyin məlumatına görə, Kim Çen In qeyd edib ki, Seulun Vaşinqtonun dəstəyi ilə razılaşdırdığı nüvə enerjili sualtı qayıq layihəsi Koreya yarımadasında vəziyyəti daha da gərginləşdirəcək.

O bildirib: “Bu addımı dövlətimizin təhlükəsizliyinə və dəniz suverenliyinə ciddi təhlükə yaradan təxribat xarakterli bir təşəbbüs kimi qiymətləndiririk və onunla bağlı müvafiq tədbirlər görülməlidir”.

Kim Çen In Şimali Koreyanın nüvə enerjisi ilə işləyən sualtı qayığının tikinti sahəsinə də baxış keçirib. Bildirilib ki, sualtı qayığın su tutumu 8 700 ton olacaq və o, strateji idarə olunan raketlərlə silahlandırılacaq.

Şimali Koreya lideri ölkənin nüvə qalxanının gücləndirilməsini milli nüfuz və təhlükəsizlik məsələsi adlandırıb və bunu “indiki nəslin borcu” kimi dəyərləndirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: