Belçika Suriya və Əfqanıstana deportasiyaları bərpa edir

A- A A+

Brüssel 2011-ci ildə Suriya vətəndaş müharibəsi başlayandan sonra ilk dəfə məhkum olunmuş Suriya vətəndaşlarını ölkələrinə deportasiya edib.

NUHÇIXAN xəbər verir ki, bu addım Belçika hakimiyyətinin miqrasiya siyasətinin sərtləşdirilməsi və ictimai təhlükəsizlik üçün risk yaradan xarici vətəndaşların ölkədən çıxarılması məqsədi daşıyır. Bildirilir ki, ağır cinayətlərə görə məhkum edilmiş şəxslər səhər saatlarında Dəməşqdə Suriya tərəfinə təhvil veriliblər və cəzalarını orada çəkməyə davam edəcəklər.

Eyni gün Belçikadan bir Əfqanıstan vətəndaşı da deportasiya olunub və son günlərdə geri göndərilən əfqanların sayı artıb. Rəsmi qurumlar vurğulayır ki, Belçika cəmiyyətinin təhlükəsizliyi bu cür qərarları zəruri edir. Eyni zamanda qeyd olunur ki, siyasi və ya dini təqib riski olan şəxslər deportasiya edilməyəcək. Sərhəd nəzarətinin gücləndirilməsi və miqrasiya qaydalarının sərtləşdirilməsi ölkədə artan ictimai narahatlıqlarla əlaqələndirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: