Zaxarova: Rusiyalıları Almaniyaya səfər etməməyə çağırırıq

A- A A+

Rusiya Xarici İşlər Nazirliyi (XİN) vətəndaşları zərurət olmadan Almaniyaya səfərlərdən çəkinməyə çağırıb.

NUHÇIXAN Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı bildirib.

"Vətəndaşlarımızı ciddi zərurət olmadan Almaniyaya səfər etməkdən çəkinməyə çağırırıq. Müvafiq tövsiyələr nazirliyin və xarici qurumların rəsmi resurslarında dərc edilib", - M.Zaxarova bildirib.

Onun sözlərinə görə, bu, Almaniyaya ezam olunan jurnalist korpusunun nümayəndələri üçün də faydalı ola bilər, çünki problemlər var.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: