Tramp: ABŞ Ordusu Nigeriyada İŞİD yaraqlılarına zərbələr endirib

A- A A+

ABŞ-nin Silahlı Qüvvələri Nigeriyada İŞİD terror qruplaşmasının yaraqlılarına zərbələr endirib.

NUHÇIXAN-ın məlumatına görə, ABŞ Prezidenti Donald Tramp bu barədə özünün "TruthSocial"dakı səhifəsində yazıb.

Vaşinqton administrasiyasının rəhbəri bildirib ki, onun əmri ilə ABŞ Nigeriyanın şimal-qərbində əsasən günahsız xristianları amansızlıqla qətlə yetirən İŞİD yaramazlarına güclü və ölümcül zərbə endirib. Onun sözlərinə görə, Pentaqon bir sıra dəqiq zərbələr endirib.

Prezident terrorçuları qətllərin davam etməsinin fəsadları barədə əvvəllər xəbərdar etdiyini vurğulayaraq əlavə edib ki, ABŞ radikal islamçıların "çiçəklənməsinə" imkan verməyəcək. O, həmçinin yaraqlıların növbəti hücumları təşkil edəcəyi təqdidə, zərbələrin davam edəcəyini bildirib.

Öz növbəsində, ABŞ-nin müdafiə naziri Pit Heqset "X" sosial media platformasında əməliyyatın Nigeriya hakimiyyətinin dəstəyi və əməkdaşlığı ilə həyata keçirildiyini bildirib. O, detalları açıqlamadan bunun ardının olacağını qeyd edib.

ABŞ-nin Afrika Komandanlığı əməliyyatın Nigeriya tərəfinin xahişi ilə həyata keçirildiyini bildirib. Zərbələr nəticəsində bir neçə İŞİD yaraqlısı zərərsizləşdirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: