Cənubi Koreyanın sabiq Prezidenti üçün 10 il həbs cəzası tələb olunur

A- A A+

Cənubi Koreyanın keçmiş Prezidenti Yun Sok Yolun cinayət işini aparan prokuror həbsdən yayınma ittihamı ilə ona 10 illik azadlıqdan məhrumetmə cəzası verilməsini istəyir.

NUHÇIXAN Cənubi Koreya mediasına istinadla xəbər verir ki, prokurorun həbs tələb etdiyi ittiham hərbi vəziyyətin elanından sonra başlanan istintaq prosesi çərçivəsində Yun Sok Yolun saxlanılması üçün verilən həbs qərarının icrasına sabiq prezidentin mane olmasıdır. Belə ki, xüsusi istintaq qrupunun yanvarda sabiq prezidenti saxlamaq cəhdinin qarşısı onun təhlükəsizlik xidməti tərəfindən alınıb.

Seul Mərkəzi Rayon Məhkəməsinin cinayət işləri üzrə məhkəmə kollegiyası sabiq prezidentin işinə baxaraq, gələn il yanvarın 16-da qərar verməyi planlaşdırır.

Sabiq prezident haqqında daha 3 ittiham, o cümlədən ölkədə hərbi vəziyyətin elan edilməsi və konstitusiya quruluşuna qarşı qiyam rəhbərlik üzrə cinayət işinə baxılır.

Qeyd edək ki, 2024-cü il dekabrın 3-də Koreya Respublikasının sabiq Prezidenti Yun Sok Yol ölkədəki KXDR tərəfdarları ilə mübarizə aparmağın zəruriliyini əsas gətirərək hərbi vəziyyət rejimi elan edib. Cənubi Koreya Prokurorluğu onu qiyamda günahlandırdıqdan sonra Konstitusiya Məhkəməsi apreldə onun impiçmentini təsdiqləyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: