Kaliforniya ştatında Milad bayramı ərəfəsində baş verən güclü qış fırtınaları ən azı dörd nəfərin ölümünə və geniş dağıntılara səbəb olub.
NUHÇIXAN ABŞ mediasına istinadla xəbər verir ki, ştatın qubernatoru Gevin Nyosom Los-Anceles də daxil olmaqla, 6 dairədə fövqəladə vəziyyət rejimi elan edib. Fövqəladə vəziyyətin rəsmən tətbiqi ştat hökumətinə əlavə resurslar cəlb etməyə və federal yardım üçün müraciət etməyə imkan yaradır.
Ştat rəsmilərinin cümə axşamı gününə olan məlumatına görə, ölənlərin sayı azı dörd nəfərə çatıb.
Güclü külək və yıxılan ağacların elektrik infrastrukturuna ciddi ziyan vurduğu, 140 min insanın işıqsız qaldığı bildirilir.
