Somali, Misir, Türkiyə və Cibutinin xarici işlər nazirləri İsrailin Somalilendi suveren dövlət kimi tanımasını pisləyiblər.
NUHÇIXAN-ın "The Times of Israel"ə istinadən verdiyi məlumata görə, bu barədə Misir Xarici İşlər Nazirliyinin (XİN) nazirin Türkiyə, Somalili Cibutidən olan həmkarları ilə telefon danışığından sonra dərc edilən bəyanatında deyilib.
"Nazirlər bu qərarı qınadılar və rədd etdilər. Somalinin birliyinə, suverenliyinə və ərazi bütövlüyünə tam dəstəklərini vurğuladılar", - Misir XİN-dən bildirilib.
Qeyd edək ki, İsrailin Baş naziri Benyamin Netanyahu dekabrın 26-da Somalilendi müstəqil və suveren dövlət kimi rəsmən tanıdığını bəyan edib.
