Tailand və Kamboca atəşkəs barədə sənəd imzalayıb

A- A A+

Tailand və Kamboca arasında atəşkəs barədə sənəd imzalanıb.

NUHÇIXAN xəbər verir ki, sənəd ortaq sərhəd komitəsinin 3-cü xüsusi görüşünün yekununda imzalanıb. Tailandın Çanthaburi və Kambocanın Pailin əyalətləri arasındakı sərhəd-keçid məntəqəsində baş tutan görüşdə Kamboca heyətinə Baş nazirin müavini, milli müdafiə naziri Tea Seiha, Tailand heyətinə isə müdafiə naziri Nattaphon Narkphanit başçılıq edib. Görüş ASEAN müşahidə qrupunun iştirakı ilə baş tutub.

Qeyd edək ki, dekabrın 7-də Tailand-Kamboca sərhədində silahlı toqquşmalar başlayıb. Hər iki tərəfdən həm hərbçilər, həm də mülki şəxslər arasında ölən və xəsarət alanlar var. Sərhədboyu ərazilərdən 100 minlərlə sakin təxliyə edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: