Media: Almaniyada viza dələduzluğu halları artır

A- A A+

Üçüncü ölkələrin vətəndaşları Almaniyaya gələ bilmək üçün daha tez-tez saxta yollarla viza əldə etməyə çalışırlar.

NUHÇIXAN xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb. Nəşr yazır ki, son illərdə Federal polis saxta yollarla viza alanların sayında ciddi artım qeydə alıb. Bu yola əl atanlar əksər hallarda “Almaniyadan sığınacaq almaq istəyirlər”. 2025-ci ilin ilk 10 ayında 5569 nəfərin şübhəli yolla viza əldə etdiyi aşkar olunub.

Nəşrin məlumatına görə, Almaniya bu məsələdə yeganə Şengen zonası ölkəsi deyil. Oxşar tendensiya Fransa, İtaliya və Yunanıstanda da müşahidə olunur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: