Floridada Trampla Zelenski arasında görüş başa çatıb - YENİLƏNİB

A- A A+

ABŞ Prezidenti Donald Trampla Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş başa çatıb.

NUHÇIXAN xəbər verir ki, tərəflər 3 saatdan çox davam edən görüşün sonunda birgə bəyanatla çıxış edirlər.

22:40

Bu dəqiqələrdə Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Trampla Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş başlayıb.

NUHÇIXAN-ın məlumatına görə, görüş Trampın Florida ştatında yerləşən Mar-a-Laqo iqamətgahında təşkil olunub.

Rusiya ilə Ukrayna arasındakı müharibəyə son qoymaq üçün təklif edilən 20 maddəlik sülh planı liderlərin əsas müzakirə mövzusu olacaq.

Tərəflərin görüşdən sonra Avropa liderlərinə zəng etməsi də nəzərdə tutulub.

Görüşdən əvvəl Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışıb.

Bu, Zelenskinin Trampla görüşmək üçün ABŞ-a beşinci səfəridir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: