Gürcüstan ağır cinayətlərdə şübhəli bilinən rusiyalını Qazaxıstana ekstradisiya edib.
NUHÇIXAN Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Baş Prokurorluğu məlumat verib.
Bildirilib ki, o, 2022-ci ildə Almatıda vətəndaşların qaçırılması və onların əmlaklarının zorla ələ keçirilməsində iştirak edib:
"O, üç ildən çox ədalətdən gizlənib və beynəlxalq axtarışda olub. Sentyabrda Qazaxıstan Baş Prokurorluğunun təqdimatı ilə şübhəli şəxs saxlanılıb və geri qaytarılaraq istintaq təcridxanasına yerləşdirilib. İndi onu əmlakı müsadirə edilməklə 7 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir".
