Yəmən hökumətini təmsil edən Prezident Şurasının sədri Rəşad Məhəmməd əl-Alim ölkədə 90 gün müddətinə fövqəladə vəziyyət tətbiq edilməsi haqqında fərman imzalayıb.
Bu barədə NUHÇIXAN Yəmənin SABA agentliyinə istinadən xəbər verir.
"Respublikada fövqəladə vəziyyət 2025-ci il dekabrın 30-u tarixində 90 gün müddətinə qüvvəyə minir," - fərmanda qeyd olunub.
Bu tədbirlər 2014-cü ildən davam edən çevrilişə qarşı mübarizə zərurəti, eləcə də Birləşmiş Ərəb Əmirlikləri tərəfindən dəstəklənən Cənub Keçid Şurasının üsyançıları tərəfindən törədilən qiyamla əlaqədar olaraq tətbiq edilib.
