Türkiyə Somalinin suverenliyi və təhlükəsizliyini bundan sonra da dəstəkləyəcək.
NUHÇIXAN xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Somali Prezidenti Hasan Şeyx Mahmud ikitərəfli görüşdən sonra mətbuata birgə bəyanatında səsləndirib.
Türkiyə Prezidentinin "X" hesabında canlı yayımlanan mətbuat konfransında Ərdoğan bildirib ki, Somalinin yenidən ayağa qalxmasını istəməyənlərin təxribatlarına rəğmən, təhlükəsizlik baxımından ölkənin vəziyyəti normallaşıb.
"2011-ci ildə quraqlıq səbəbilə Somaliyə yardım kampaniyasına başladıq. Bütün dünyanın Somalidən ümidini kəsdiyi bir dövrdə Türkiyə bu ölkəyə qardaşlıq əli uzadıb", - Ərdoğan qeyd edib.
Türkiyə Prezidenti sözlərinə görə, 2026-cı ildə Somali ilə diplomatik əlaqələrin 60 illiyi qeyd olunacaq.
"Türkiyə hərbçilərinin təlim keçdiyi Somali ordusunun terrorla mübarizədə son dövrlər nailiyyətlər əldə edildiyi müşahidə edilir. Verdiyimiz dəstəklə terrora qarşı Somalinin yanında olduğumuzu göstərdik" , - Ərdoğan qeyd edib.
