Türkiyə gələn ay Somali sahillərində qazma işlərinə başlayacaq

A- A A+

Türkiyə fevral ayında perspektivli neft-qaz yataqlarının kəşfiyyatı məqsədilə Somali sahillərinə qazma gəmisi göndərəcək. Bu, Türkiyənin ölkə xaricində dərin sularda həyata keçirəcəyi ilk kəşfiyyat-qazma layihəsidir.

NUHÇIXAN “əş-Şarq əl-Avsət” qəzetinə istinadla xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar deyib.

Türkiyənin “Çağrı bəy” gəmisi Somalidə dərin sulu dəniz yataqlarının seysmik kəşfiyyatını və qazıntısını aparacaq.

Qeyd edək ki, Türkiyə ilə Somali arasında bu barədə müqavilə 2024-cü ildə imzalanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: