Qazaxıstan milyonlarla hektar ərazini dövlət mülkiyyətinə qaytarır

A- A A+

Qazaxıstanda 2025-ci ildə istifadə olunmayan 2,1 milyon hektar torpaq sahəsi vaxtından əvvəl dövlət mülkiyyətinə qaytarılıb.

NUHÇIXAN Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyinin Torpaq Resurslarının İdarə Edilməsi Komitəsinə istinadla xəbər verir ki, 2022-ci ildən etibarən ölkədə hüquq-mühafizə orqanlarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə torpaqlardan səmərəli istifadə məsələləri üzrə respublika komissiyası fəaliyyət göstərir.

2022-ci ildən bu günədək, ümumilikdə, 14,3 milyon hektar torpaq sahəsi dövlət mülkiyyətinə qaytarılıb. Bunun da 7,7 milyon hektarı artıq yenidən bölüşdürülüb: 2,7 milyon hektar mal-qaranın otarılması üçün ümumi istifadəyə verilib, 5 milyon hektar isə müsabiqə əsasında təqdim olunub.

Bildirilib ki, icra orqanlarına, ilk növbədə, yerli əhalinin otlaq sahələrinə olan tələbatını, habelə kənd təsərrüfatı ilə məşğul olmaq istəyən vətəndaşların maraqlarını nəzərə almaq tapşırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: