Türkiyədə qəzaya uğrayan təyyarənin qara qutusu Britaniyada təhlil ediləcək

A- A A+

General Məhəmməd əl-Həddadı daşıyan təyyarənin qara qutusunun Britaniyada təhlil edilməsi barədə razılıq əldə edilib.

NUHÇIXAN xəbər verir ki, bunu Liviyanın nəqliyyat naziri Məhəmməd əl*-Şaubi deyib.

Nazir bildirib ki, əvvəllər qara qutunun Almaniyada Fransanın iştirakı ilə müayinəsi təklif edilib. Lakin, Çikaqo konvensiyasına görə qara qutu neytral dövlətdə təhlil edilməlidir.

Qeyd edək ki, ötən ay Ankarada baş verən təyyarə qəzasında Liviyanın baş qərargah rəisi general Məhəmməd əl-Həddad da daxil olmaqla 10 nəfər həyatını itirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: