ABŞ-nin Venesuelaya hücümu nəticəsində ölən və yaralananlarla bağlı məlumat toplanır.
NUHÇIXAN CNN-ə istinadən xəbər verir ki, bunu Venesuelanın müdafiə naziri Vladimir Padrino Lopes deyib.
O, ABŞ-nin hava hücumunun ölkə üzrə şəhər infrastrukturuna ciddi təsir göstərdiyini bildirib.
Nazirin sözlərinə görə, ABŞ hərbi helikopterlərindən Karakasdakı "Fort Tiuna" hərbi obyektinə raketlər buraxılıb.
Lopes qeyd edib ki, hazırda hökumət ABŞ-nin hücumu nəticəsində ölən və yaralananlarla bağlı məlumat toplayır. Nazir "Venesuelanın xarici qoşunların öz ərazisindəki mövcudluğuna müqavimət göstərəcəyini" bildirib.
"Bu müdaxilə ölkənin üzləşdiyi ən böyük özbaşınalıqdır", - nazir əlavə edib.
