Yanvarın 3-də Avropa ölkələrinin milli təhlükəsizlik müşavirləri Kiyevə gəliblər.
NUHÇIXAN xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov “Telegram” kanalında məlumat verib.
Səfərə Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, İspaniya, Latviya, Estoniya, Litva, Polşa, Finlandiya, Kanada, Hollandiya, İsveç, Norveç və Danimarkadan nümayəndələri gəlib. Danışıqlara NATO, Avropa Şurası və Avropa Komissiyasının nümayəndələri də qatılıb.
“Qarşıda gərgin iş günüdür. Tərəflər təhlükəsizlik və iqtisadi məsələləri müzakirə edəcək, çərçivə sənədləri üzərində işləyəcək, Ukraynanın növbəti addımlarının beynəlxalq tərəfdaşlarla əlaqələndirilməsini müzakirə edəcək”-, deyə Umerov bildirib.
