Venesuela Prezidenti və arvadı ABŞ-a aparıldıqdan sonra ölkədən xam neft ixracı dayanıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə yerli media etibarlı mənbələrə istinadla məlumat yayıb. Bildirilir ki, son günlərdə Donald Trampın bəyanatlarından sonra ixracat minimuma enmişdi. Bu gün isə heç bir gəmi limanları tərk etməyib. 4 əsas tanker yüklü vəziyyətdə limanda gözləyir. Kapitanlar yola düşmək üçün heç bir göstəriş almadıqlarını bildiriblər.
