Qazaxıstanda minalama ilə bağlı məlumatdan sonra ticarət mərkəzindən ziyarətçilər təxliyə edilib

A- A A+

Qazaxıstanın Taraz şəhərindəki “Mart” ticarət mərkəzinin işçiləri və ziyarətçiləri minalama ilə bağlı daxil olan məlumatdan sonra təxliyə edilib.

NUHÇIXAN Qazaxıstan mediasına istinadən xəbər verir ki, hadisə yerində polis əməkdaşları və fövqəladə xidmətlər nümayəndələri işləyir.

Jambil vilayət Polis Departamentinin mətbuat xidmətinin məlumatına görə, yanvarın 4-də Tarazdakı “Mart” ticarət mərkəzinə partlayıcı qurğu yerləşdirilməsi barədə məlumat daxil olub.

Qeyd olunur ki, regional polis departamentinin və digər fövqəladə xidmətlərin əməkdaşları dərhal hadisə yerinə yollanıb.

İdarə vətəndaşları sakit olmağa, yalnız rəsmi məlumat mənbələrinə etibar etməyə və müvəqqəti məhdudlaşdırıcı tədbirlərə anlayışla yanaşmağa çağırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: