Şimali Koreyanın yeni hipersəsli raketi 1000 kilometr məsafə qət edib

A- A A+

Koreya Xalq Demokratik Respublikası (KXDR) yeni hipersəsli raketin buraxılışının uğurlu olduğunu açıqlayıb.

NUHÇIXAN xəbər verir ki, KXDR-in rəsmi xəbər agentliyi KCNA raket sınağını ölkə lideri Kim Çen In başda olmaqla yüksək vəzifəli şəxslərin izlədiyini yazıb. Yanvarın 4-də yerli vaxtla səhər saatlarında Yapon dənizi istiqamətində buraxılan raketin təxminən 1000 kilometr məsafə qət etdiyi bildirilir.

"Bugünkü buraxılış təlimi sayəsində milli müdafiə üçün çox vacib bir texnoloji tapşırığın yerinə yetirildiyini təsdiqləyə bilərik”, - deyə KCNA yazır.

Ölkəsinin nüvə qüvvələrini real müharibəyə hazırladığını bildirən KXDR lideri Kim Çen In əlavə edib ki, hərbi sistemlər, xüsusən də hücum silahları daim təkmilləşdirilməlidir. “Düzünü desəm, bu cür fəaliyyətimiz nüvə müharibəsinin qarşısının alınması vasitələrinin tədricən yüksək inkişaf etmiş mərhələyə keçməsinə yönəlib. Niyə bu lazımdır, son geosiyasi böhran və mürəkkəb beynəlxalq hadisələr aydın şəkildə nümayiş etdirilir”, - deyə Kim Çen In bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: