ABŞ-ın Venesuelada keçirdiyi əməliyyat zamanı 30-dan çox kubalı həlak olub

A- A A+

ABŞ-ın Venesuela Prezidenti Nikolas Maduronu əsir götürmək üçün keçirdiyi əməliyyat zamanı 32 kubalı öldürülüb.

NUHÇIXAN xəbər verir ki, Kuba hökumətinin sosial media hesabında yayımladığı məlumatına görə, ABŞ hökuməti tərəfindən həyata keçirilən hücum nəticəsində həlak olan kubalılar Karakasın xahişi ilə ora göndərilən hərbçilərdir. Havana bu səbəbdən yanvarın 5-i və 6-da ikigünlük matəm elan edib.

ABŞ-ın dövlət katibi Marko Rubio isə öz növbəsində öldürülən Kuba vətəndaşlarının Nikolas Maduro əsir götürülən zaman onun yanında olduğunu bildirib. Onun sözlərinə görə, Venesuela Prezidentini kubalılar qoruyurmuş.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: