2025-ci il Çində rekord səviyyədə isti dövr olub

A- A A+

Çində 2025-ci ildə havanın illik orta temperaturu 11 dərəcə Selsi təşkil edib. Bu, 1961-ci ildən bəri rekord göstəricidir.

NUHÇIXAN Çin Meteorologiya Administrasiyasına istinadla xəbər verir ki, 2025-ci ildə qeydə alınmış orta temperatur Çin üçün tipik illik orta hərarətdən 1,1 dərəcə çox olub. Çinin 16 bölgəsində, o cümlədən Sincan-Uyğur Muxtar Rayonu, Ciansi və Hubey əyalətlərində də illik orta temperatur 1961-ci ildən bəri ən yüksək həddə çatıb.

Administrasiyanın tabeliyindəki Milli İqlim Mərkəzinin baş mühəndisi Şi Şuay bildirib ki, iyun-avqust aylarında havanın orta temperaturu 22,3 dərəcə təşkil edib. Bu, Çin üzrə tipik orta rəqəmdən 1,1 dərəcə yüksək olmaqla yanaşı, 2024-cü ildəki göstəricini də ötüb.

Paytaxt Pekin isə 1961-ci ildən sonra ən yağıntılı mövsümünü keçirib. Belə ki, Çinin şimal hissəsində yağış mövsümünün uzunluğu və yağıntının miqdarı rekord səviyyəyə çatıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: