Yaponiyada ilin ilk hərracında mavi tuna balığı 3,2 milyon dollara satılıb

A- A A+

Tokionun “Toyoşu” balıq bazarında ilin ilk hərracında 243 kiloqramlıq mavi tuna balığı 510 milyon yenə ( təxminən 3,2 milyon dollar) satılıb.

NUHÇIXAN Yaponiya mediasına istinadla xəbər verir ki, hərracda Yaponiyanın ətrafından və dünyanın müxtəlif bölgələrindən tuna balığı satışa çıxarılıb.

Ən yüksək məbləği Aomori prefekturasının Oma limanından gətirilən mavi tuna balığı üçün müəyyən edilib. Suşi restoranlar şəbəkəsi “Kiyomura” ən yüksək məbləği təklif edərək, həmin balığı alıb. Bu, 1999-cu ildən auksionda ən yüksək qiymətə satılan tuna balığıdır.

Qeyd edək ki, Tokioda ilin ilk balıq hərracında iştirak etmək restoran sahəsinin nümayəndələri üçün prestij, əsas lotun alınması isə böyük uğur hesab olunur.

Bundan əlavə, bu addım ən bahalı və təzə balığı təklif edən restoranların qarşısında böyük növbələrin yaranmasına səbəb olur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: