İsveçrə Maduronun aktivlərini dondurub

A- A A+

İsveçrə Venesuelanın keçmiş prezidenti Nikolas Maduro və onunla əlaqəli şəxslərin aktivlərini dondurmağa qərar verib.

NUHÇIXAN xarici mediaya istinadən xəbər verir ki, bu barədə İsveçrə Federal Şurasının bəyanatında deyilir.

"2026-cı il yanvarın 5-də Federal Şura İsveçrədə Nikolas Maduroya və digər əlaqədar şəxslərə məxsus bütün aktivləri dərhal dondurmaq qərarına gəlib. Federal Şuranın məqsədi aktivlərin xaricə köçürülməsinin qarşısını almaqdır", - bəyanatda qeyd olunub.

Daha əvvəl ABŞ Maduro və onun həyat yoldaşı Siliya Floresə qarşı narkoterrorizmlə bağlı ittiham irəli sürüb. Daha sonra Ağ Evin mətbuat xidməti Maduronun saxlanıldığı və Nyu-Yorka gətirildiyi barədə məlumat yayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: