Koreya Respublikasının Preizdenti Li Cemyönün Çinə dövlət səfəri çərçivəsində iki ölkə arasında əməkdaşlığa dair 15 sənəd imzalanıb.
NUHÇIXAN xəbər verir ki, sənədlər dövlət başçıları Si Cinpin və Li Cemyön arasında Pekində keçirilən görüşdən sonra imzalanıb. Sənədlər iqtisadiyyat və ticarət, nəqliyyat, elm və texnologiya, ekologiya və ətraf mühit, nəqliyyat və digər sahələri əhatə edir.
Cənubi Koreya mediasının məlumatına görə, Li Cemyön Koreya yarımadasında sülhün möhkəmləndirilməsindən ötrü mümkün tədbirləri araşdırmaq üçün Çinlə birlikdə çalışacağını deyib. O, 2026-cı ili Cənubi Koreya-Çin münasibətlərinin tam bərpası üçün vacib bir fürsət olacağını söyləyib.
Qeyd edək ki, Cənubi Koreya Prezidenti yanvarın 4-də Çinə dövlət səfərinə gəlib. Bu, Li Cemyönün Prezident vəzifəsində Çinə ilk səfəridir. Yanvarın 7-dək davam edəcək səfər zamanı Cənubi Koreya lideri paytaxt Pekin ilə yanaşı, Çinin maliyyə mərkəzi olan Şanxaya da gedəcək.
