Ötən gün Türkiyənin külək enerjisi istehsalında rekord göstərici qeydə alınıb

A- A A+

Ötən gün Türkiyənin külək elektrik stansiyalarında indiyədək ən çox, 253 min 128 meqavat-saat elektrik enerjisi istehsal olunub. Bu, Türkiyə tarixində rekord göstəricidir.

NUHÇIXAN “Anadolu” agentliyinə istinadla xəbər verir ki, ümumilikdə dünən ölkə üzrə 899 min 27 meqavat-saat elektrik enerjisi istehsal edilib.

Məlumata əsasən, idxal olunan kömür və təbii qaz stansiyalarından istehsal olunan elektrik enerjisi külək elektrik stansiyalarından istehsal həcmindən geri qalıb. Belə ki, kömür stansiyalarında 207 min 872 meqavat-saat, təbii qaz stansiyalarında isə 131 min 305 meqavat-saat elektrik enerjisi istehsal olunub. Beləliklə, dünən Türkiyədə külək enerjisinin ümumi elektrik istehsalındakı payı 28,2 faizə çatıb.

Qeyd edək ki, Türkiyədə külək enerjisindən elektrik istehsalında bundan əvvəlki rekord 2024-cü il iyunun 29-da gündəlik 228 min 604 meqavat-saat göstərici ilə qeydə alınmışdı.

TEİAŞ-ın (“Türkiye Elektrik İletim Anonim Şirketi”) məlumatına görə, hazırda Türkiyədə külək enerjisi üzrə quraşdırılmış güc 14 min 546 meqavat təşkil edir.

Bundan başqa, dünən Türkiyə 12 min 871 meqavat-saat elektrik enerjisi ixrac edib, 909 meqavat-saat elektrik enerjisi isə idxal olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: