ABŞ Energetika Nazirliyi ölkədə uranın zənginləşdirilməsi potensialının inkişafı üçün üç şirkətə ümumilikdə 2,7 milyard dollar ayırıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə qurumun yaydığı məlumatda deyilir.
Qeyd olunub ki, vəsait növbəti 10 il ərzində ölkədə uranın zənginləşdirilməsi potensialının inkişafı üçün nəzərdə tutulub.
ABŞ hakimiyyəti ümid edir ki, bu, enerji təhlükəsizliyini gücləndirəcək və xarici təchizatçılardan asılılığı azaldacaq.
ABŞ-ın energetika naziri Kris Rayt bəyan edib ki, Vaşinqton administrasiyası mövcud və gələcək nüvə reaktorlarını dəstəkləmək üçün etibarlı nüvə yanacağı təchizatı zəncirlərini bərpa etməyə sadiqdir.
