Yaponiyada zəlzələ: altı nəfər xəstəxanaya yerləşdirilib

A- A A+

Yaponiyanın Simane prefekturasında baş verən 6,2 ballıq zəlzələ nəticəsində altı nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

NUHÇIXAN xəbər verir ki, yerli hakimiyyət orqanlarının məlumatına görə, zəlzələ zamanı dörd nəfər yıxılaraq xəsarət alıb. Hirosima prefekturasında da iki nəfərin yaralandığı bildirilir.

Bundan əlavə, təbii fəlakət nəticəsində bəzi ərazilərdə su təchizatında fasilələr yaranıb, yol örtüyü və binalarda zədələr əmələ gəlib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: