Litva təhlükəsizlik zəmanəti kimi Ukraynaya 150 əsgər göndərməyə hazırdır

A- A A+

Litva təhlükəsizlik zəmanəti çərçivəsində Ukraynaya 150-dək əsgər, silah və hərbi texnika göndərməyə hazırdır.

NUHÇIXAN xəbər verir ki, bu barədə Litva Prezidentinin müşaviri Asta Skaysgirite “Zinu Radijas" radiostansiyasına bildirib. “Biz Ukrayna üçün mümkün olan ən uzunmüddətli zəmanətləri dəstəkləyirik və bu missiyada kontingentimizlə iştirak etməyə hazırıq. Sülh əldə edildikdən sonra Litva Ukraynaya silah və lazımi hərbi texnika ilə birlikdə 150-dək hərbçi göndərə bilər”, - deyə o vurğulayıb.

Asta Skaysgiritenin sözlərinə görə, hazırda Qərb dövlətləri Kiyevə 15 ildən 30 ilədək təhlükəsizlik zəmanəti modelini müzakirə edir.

Siyasətçi xatırladıb ki, Vilnüs Ukraynaya ölkənin ümumdaxili məhsulunun 0,25 faizinədək hərbi yardım göstərməyi öhdəsinə götürüb.

Qeyd edək ki, Litva 2025-ci ildə Kiyevə təxminən 232 milyon avro hərbi yardım ayırıb. Vəsaitin bir hissəsi hərbi texnikanın alınmasına sərf olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: