Qar təmizləyərkən çəkilmiş fotosunu paylaşan Viktor Orbanın “Azad olduq” mesajı

A- A A+

Macarıstanın Baş naziri Viktor Orban bu gün səhər sosial şəbəkədəki səhifəsində yeni paylaşım edib.

NUHÇIXAN xəbər verir ki, “qarlı səhərdən gözəl heç nə yoxdur” sözləri ilə çıxış edən Orban əlində qarı təmizləmək üçün kürək tutmuş formada çəkilmiş fotosunu izləyiciləri ilə bölüşüb. Paylaşımda Baş nazir qış geyimində bağı qardan təmizləyərkən görünüb.

Şəkildə diqqətçəkən əsas məqamlardan biri “Azad olduq!” (“Kiszabadultunk!”) ifadəsidir.

Müşahidəçilərin fikrincə, vizual elementlər milli rənglərə işarə edir və adi məişət fəaliyyətini simvolik siyasi mesaja çevirir. Bu cür fotolar Orbanın fəallıq, idarəetmə qabiliyyəti və xalqla birlikdə olmaq imicini gücləndirməyə xidmət edir.

Baş nazir paylaşımının sonunda hava şəraitinə də toxunaraq xəbərdarlıq edib. O bildirib ki, gün ərzində qarın intensivliyi arta bilər. O, buna görə vətəndaşları ehtiyatlı olmağa çağırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: