Venesuelada bir həftəlik matəm elan edilib

A- A A+

Venesuelada həlak olanların xatirəsinə yeddi günlük matəm elan edilib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriqes VTV telekanalında çıxışı zamanı məlumat verib.

“Venesuelanı və Prezident Nikolas Maduronu müdafiə edərkən həyatlarını qurban verən gənc kişi və qadınların xatirəsinə yeddi günlük matəm elan etmək qərarına gəldim”, – deyə o bildirib.

Qeyd edək ki, Kuba hökuməti daha əvvəl ABŞ-ın keçirdiyi əməliyyat zamanı 32 kubalı zabitin həlak olduğunu açıqlamışdı.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: