Yəməndə Cənubi Keçid Şurasının başçısı dövlətə xəyanətdə ittiham edilib

A- A A+

Yəmən hökuməti Cənubi Keçid Şurasının (CKŞ) sədri Aydarus Əz-Zubaydini dövlətə xəyanətdə ittiham edib.

NUHÇIXAN xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Prezident Şurasının bəyanatında deyilir.

Sənəddə qeyd olunub ki, o, mülki əhaliyə qarşı hüquqpozmaları törətmək üçün cənubi əyalətlərdən istifadə edib, Yəmən Respublikasının siyasi və iqtisadi vəziyyətinə ziyan vurub, Konstitusiyaya və konstitusiya hakimiyyət orqanlarına qəsd edib, dövlətin çevrilişə və qiyama qarşı mübarizə səylərinə maneə törədib, daxili nifaqı qızışdırıb.

"Reuters" agentliyinin məlumatına görə, CKŞ-nin başçısı naməlum istiqamətdə qaçıb. Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya bildirib ki, o, Yəmənin cənubundakı münaqişənin həllinin müzakirəsi üçün Ər-Riyadda keçirilən foruma gəlməyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: